Xoş Gəldiniz Гость | RSS

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci

bazar ertəsi, 26.02.2018, 02:01


Главная » 2013 » Dekabr » 12 » 24 şirkətdən ibarət alyans yeni internet konsepsiyasının hazırlanacağını açıqlayıb
17:15
24 şirkətdən ibarət alyans yeni internet konsepsiyasının hazırlanacağını açıqlayıb
                        

Qurğu, şəbəkə avadanlığı və elektron komponentlər istehsalçıları "AllSeen Alliance” alyansının yaradılmasını elan edib. Alyansın məqsədi vahid sənaye standartının hazırlanmasıdır. Standart vasitəsilə "Əşyalar internet” konsepsiyasında qurğular arasında əlaqə həyata keçiriləcək. Alyans üzvləri onu "İnternetin cəmi” adlandırır.

 

Alyans üzvləri proqram təminatını birgə hazırlayacaq və resursları açıq platformanın yaradılmasına yönəldəcək. Bu, qurğu istehsalçılarına, xidmət tədarükçülərinə və tərtibatçılara bir-birinə uyğun qurğu və servislər yaratmağa imkan verəcək.

 

Alyansa ümumilikdə 24 şirkət (Panasonic, Haier, LG Electronics, Sharp, TP-Link, HTC, Harman, Qualcomm, Cisco, D-Link, Silicon Image, Canary, Fon, LeTV, LIFX, LiteOn, Moxtreme, Sears Holdings, Sproutling, The Sprosty Network, Weaved, doubleTwist və Wilocity) daxildir.

 

Şirkətlər həllərində "Linux” nüvəsinə malik əməliyyat sistemlərindən istifadə edəcəklər. Proqram təminatının hazırlanmasına görə "Linux Foundation” qeyri-kommersiya təşkilatı məsuliyyət daşıyacaq.

 

Avadanlıq və komponent istehsalçıları "İnternetin cəmi” konsepsiyasında qurğuların əlaqəsi üçün əsas kimi dünyanın nəhəng smartfon və planşetlər üçün çip istehsalçısı "Qualcomm” şirkətinin "AllJoyn” açıq platformasından istifadə edəcəklər.

 

Platforma mərkəz nöqtəli struktura malik şəbəkə topologiyasına əsaslanır. Burada hər mərkəzi nöqtə öz məlumatlarının qəbulu və ötürülməsi üçün deyil, həm də qonşu qovşaqlar arasında məlumatların ötürülməsi üçün aralıq məntəqə rolunu oynayır.

 

"Qualcomm” bu topologiyanı bütün qurğuların internetə qoşulmasına ehtiyac duymadığı üçün seçib. "Evinizdə beş yüz qurğu olanda, güman etmirəm ki, siz bütün bunların şəbəkəyə qoşulmasını istəyəsiniz”, - "Qualcomm”un innovasiya mərkəzinin rəhbəri Rob Çandhok bildirib.

 

Şirkət "AllJoyn” platformasını cari ilin fevralında təqdim edib. Platformadan istənilən arxitekturalı prosessorda və istənilən əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuda istifadə etmək mümkün olacaq. Platforma üzərində iş bir neçə il ərzində aparılıb, - "CNews” yazır.


Просмотров: 77 | Добавил: ADMIN | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
! Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla dost olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.