search
menu
person

NEWS AND UDATES


17:24
Danimarkada atılmış küknar ağaclarından bir ildə 3 min evi qızdırmağın mümkün olması hesablanıb
                                      
                                 



Danimarkalıların Milad bayramı günlərindən sonra çölə atdıqları küknar ağaclarını xırda odun hissələrinə çevirməklə vacib enerji mənbəyi əldə etmək olar. Belə ki, aparılan hesablamalara əsasən, Milad bayramından sonra küçələrə sonradan zibil maşınlarının daşıdıqları təxminən 1,5 milyon küknar ağacı atılır. Lakin bu ağaclar dekabrın 24-dən sonra da faydalı ola bilər.

 

Danimarka Kommunal Ev Təsərrüfatı İdarəsinin hesablamasına görə, küknar ağaclarında potensial enerjinin tutumu o qədər böyükdür ki, onlar bir il ərzində 3 min standart evi qızdıra bilər. "Atılan küknar ağacları qiymətli enerji resursudur və biz onlardan böyük fayda əldə edə bilərik”, - idarə nümayəndəsi Seren Şmit Tomsen bildirib.

 

Onun sözlərinə görə, küknar ağacının orta hündürlüyünün 1,5 metr, çəkisinin 11,5 kq təşkil etməsini nəzərə alsaq, 10 faizlik rütubətə malik bu sayda ağacda təxminən 129 meqacoul enerji olur. Başqa sözlə, bundan qızdırıcı qurğularda odun kimi istifadə edilsə, 54 min meqavat/saat elektrik enerjisi hasil etmək olar.  

 

130 kvadratmetrlik standart ev hər il saatda 18,1 meqavat elektrik enerjisi sərf edir. Bu isə o deməkdir ki, təxminən 3 min belə ev bayramdan sonra atılmış küknar ağacları ilə isidilə bilər.

 

Danimarkada doğranmış ağac hissələrindən yanacaq qismində tam və ya qismən istifadən edən 100431 isitmə sistemi fəaliyyət göstərir, - "İTAR-TASS” yazır.  



Просмотров: 1542 | Добавил: ADMIN | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]