Xoş Gəldiniz Гость | RSS

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci

bazar ertəsi, 26.02.2018, 02:10


Главная » 2014 » Yanvar » 2 » İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi başa çatıb
17:28
İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsi başa çatıb
                                      
                                 
                                              



Yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanın gələcəyini təmin edən mühüm səbəblərdən biridir. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bütün sahələr kimi, İKT-nin inkişafı istiqamətində də görüləcək işlərin parametrlər üzrə müəyyənləşdirilməsi, dövlət başçısının 2013-cü il 28 mart tarixli Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir.

 

"Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 29-cu bəndinə əsasən "İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2013-cü ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər qurumlarla birgə tədbirlər həyata keçirib.


Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə və təşkilati dəstəyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının isə təşkilati dəstəyi ilə keçirilən 3-cü birgə İKT üzrə mükafatmüsabiqəsi çərçivəsində İKT sahəsində fəal çalışan alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məqsədilə İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlər qiymətləndirilib.


Qaliblərin seçilməsi prosesində Elmin İnkişafı Fondunun müstəqil ekspertləri, Himayədarlar Şurası və icraçı direksiyası ilə yanaşı, müsabiqə təşkilatçıları tərəfindən yaradılmış birgə komissiya da iştirak edib.


Müsabiqədə akademiya təşkilatlarından və ali təhsil müəssisələrindən alimlər iştirak ediblər.


Alim və mütəxəssislər üçün əsas nominasiya üzrə 5 (1-ci yer – 1, 2-ci yer – 2, 3-cü yer - 2), gənc alimlər (35 yaşadək) üçün nominasiya üzrə isə 2 (1-ci yer -1, 2-ci yer-1) qalib elmi məqalə müəyyənləşdirilib. Əlavə həvəsləndirici nominasiya üzrə 3 layihə seçilib.


2014-cü ilin yanvar ayında keçiriləcək xüsusi təqdimat mərasimində qaliblərin adları açıqlanacaq, fond və nazirlik tərəfindən qaliblərə müxtəlif nominasiyalar üzrə diplomlar, sertifikatlar və pul mükafatları, müsabiqənin sponsorları olan "Nar Mobile” mobil operatoru və "BestComp Group” şirkəti tərəfindən isə onlara İKT-yə aid qiymətli hədiyyələr təqdim ediləcək.

Просмотров: 186 | Добавил: ADMIN | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
! Xoş gəlmişsiniz!
Rəyinizi bildirmək, müəlliflərə şəxsi məktublar və hədiyyələr göndərmək, onlarla dost olmaq və s. xidmətlərdən istifadə etmək üçün Sizi qeydiyyatdan keçməyə dəvət edirik.