search
menu
person

NEWS AND UDATES


17:34
İnformasiya texnologiyaları - Fərdi məlumatlar
                          



Fərdi məlumatlar

Müasir dövrümüzdə informasiya texnologiyalarının sürətli inkişafı, həyatın bütün sahələrində onların tətbiqi, texnologiyalardan istifadə olunmaqla  fərdlər barədə məlumatların toplanılması və işlənilməsi beynəlxalq səviyyədə fərdi məlumatların mühafizəsinin təmin edilməsinin vacibliyini ön plana çıxarmışdır.  Bu məqsədlə hələ 28 yanvar 1981-ci ildə Avropa Şurası tərəfindən "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiya qəbul edilmişdir. Azərbaycan Respublikası 2009-cu ildən etibarən bu Konvensiyaya qoşulmuşdur.

 

Ölkədə fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətlərin nizamlanması, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələlərin tənzimlənməsi, bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən olunması məqsədilə 2010-cu ilin may ayında "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

 

Fərdi məlumat dedikdə şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat başa düşülür. Bu məlumatlar sırsında fərdin adı, soyadı, atasının adı, doğum tarixi, şəxsiyyəti təsdiq edən sənəd üzrə digər məlumatlar, həmçinin fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatları sadalamaq olar.

Hazırda fərdi məlumatların mühafizə edilməsi məqsədilə ölkə səviyyəsində lazımı qanunvericilik bazası formalaşdırılmışdır.

Fərdi məlumatların informasiya sistemlərinin Dövlət Reyestri

Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2010-cu il tarixli fərmanı ilə "Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydaları” təsdiq olunmuşdur və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) tapşırılmışdır. Bununla yanaşı fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi RİTN-ə həvalə edilmişdir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2010-cu il 17 avqust tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq informasiya sistemlərini dövlət qeydiyyatından keçirdikdən sonra onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilir.

 

"Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi sahəsində fəaliyyət yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

 

Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2010-cu il tarixli 361 nömrəli Fərmanı ilə "fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi” lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısına daxil edilmişdir və bu sahədə fəaliyyətin lisenziyalaşdırılması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilmişdir.

 



Просмотров: 1531 | Добавил: ADMIN | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]