search
menu
person

NEWS AND UDATES


17:13
“Microsoft” korporasiyası “Windows Phone” sistemini smartfon istehsalçılarına pulsuz verəcək
                           

                    

 

"Microsoft” korporasiyası "Windows Phone” və "Windows RT” əməliyyat sistemlərini mobil qurğu istehsalçılarına pulsuz vermək niyyətindədir. Məlumata görə, korporasiya bu addımı bazarda xeyli paya sahib olan "Android” əməliyyat sistemi ilə rəqabət aparmaq üçün atır.

 

"Windows Phone” və "Windows RT” sistemlərinin pulsuz versiyaları "Threshold” platformasının (Windows 8.2) yenilənmiş versiyasının satışa çıxarılması ilə eyni vaxtda təqdim olunacaq.  

 

Hazırda "Microsoft” yuxarıda qeyd olunan əməliyyat sistemlərini ödənişli əsasda təqdim edir. Korporasiyanın "Windows” bölməsinin gəlirinin xeyli hissəsi məhz "Windows 8” və "Windows RT” sistemlərinin idarəetməsi ilə işləyən kompüterlər tədarük edən OEM-istehsalçıların payına düşür. "Windows Phone” mobil əməliyyat sistemi də müəyyən qazanc gətirir. Lakin bu bazarda "WP”-smartfonların təxminən hamısı Finlandiyanın "Nokia” şirkətinə məxsusdur ki, onu da "Microsoft” korporasiyası bu yaxınlarda satın alıb.

 

"Windows Phone” və "Windows RT”-nin ödənişli əsaslarla satılmasından imtina pul itkilərini kompensasiya etməklə nəticələnəcək. Üsullardan biri servis və xidmətlərdən (Məsələn, SkyDrive, Skype, ofis proqram paketi və s.) əldə olunan gəlirin artırılmasıdır, - "Onliner” yazır.    



Просмотров: 554 | Добавил: ADMIN | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]