17:09 "Samsung” smartfonlarının 70 faizi Vyetnamda yığılır | |
"Samsung Electronics” şirkəti bahalı smartfonların satışının zəifləməsi ilə rastlaşır ki, bu da onu diqqətini ucuz modellərə yönəltməyə məcbur edir. Cənubi Koreya şirkəti bu məhsuldan maksimum gəlir əldə etmək üçün istehsalı ucuzlaşdırmaq qərarına gələrək diqqətini artıq bir zavodunun fəaliyyət göstərdiyi Vyetnama yönəldib.
Bütün dünyada satılan "Samsung” brendli smartfonların təxminən 70 faizi bu zavodda yığılır. Şirkət hər birinə 1-2 milyard dollar yatırmaqla ölkədə daha iki iri müəssisə tikmək niyyətindədir. Zavodlardan biri 2015-ci ildə kütləvi yığım fəaliyyətinə başlayacaq. "Samsung” şirkətə əməliyyat mənfəətinin çox hissəsini qazandıracaq mobil telefonların 40 faizindən çoxunu orada buraxmağı planlaşdırır. Vyetnamdakı digər zavod fevralda işə salınacaq.
| |
|
Всего комментариев: 0 | |