17:26 Sosial şəbəkə istifadəçilərinin 40 faizi hakerlərdən ehtiyat edir | |
Sosial şəbəkə istifadəçilərinin yalnız 40 faizi hakerlər tərəfindən törədilən təhdidlərdən və zərərli proqram təminatından ciddi narahatdır. Bu barədə "Eset” antivirus şirkətinin məlumatında deyilir.
2013-cü ilin sentyabrında ABŞ-ın iki mindən çox sakini arasında keçirilən sorğuya əsasən, rəyi soruşulanların 14 faizi internet təhdidləri ilə bağlı narahatlığını ifadə etməyib, 46 faizi ciddi olmasa da, öz informasiya təhlükəsizliyinə görə narahatlıq hissi keçirdiyini bildirib.
Respondentlərin 64 faizi internetdə istifadəçi məlumatlarının təhlükəsizliyi üçün məsuliyyətə görə özləri məlumatlarını qorumalı olduğunu fikirləşir, lakin 17 faizi internetdə məlumatların təhlükəsizliyinə görə əsas məsuliyyətin internet provayderlər, sosial şəbəkələr (12 faiz), dövlət (3 faiz), işəgötürənlərin (2 faiz) üzərinə düşdüyünü hesab edir.
Ekspertlər hesablayıblar ki, rəyi soruşulanların təxminən yarısı (49 faiz) ən azı iki sosial şəbəkədən fəal istifadə edir (13 faiz eyni vaxtda dörd və daha çox servisdə ünsiyyət qurur). İstifadəçilərin üçdə bir hissəsi bir səhifə ilə kifayətlənir və yalnız 18 faizi ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmir, - "Digit” yazır. | |
|
Всего комментариев: 1 | ||
| ||