search
menu
person

NEWS AND UDATES


17:07
Yaponiya mobil əlavələrin satışından əldə olunan mədaxilə görə ABŞ-ı üstələyib
                             

 

Mobil qurğular bazarının öyrənilməsi ilə məşğul olan "App Annie” analitik şirkətinin məlumatına görə, oktyabrda Yaponiya mobil əlavələrin satışından əldə olunan mədaxilə görə ABŞ-ı qabaqlayıb. 

 

"App Annie” ekspertlərinin sözlərinə görə, Yaponiya istifadəçiləri hesabat dövründə mobil əlavələrə ABŞ sakinləri ilə müqayisədə 10 faiz daha çox vəsait xərcləyiblər. Ekspertlər Yaponiyada mobil əlavələrin populyarlığının xeyli artdığını qeyd edirlər, halbuki bir il əvvəl Yaponiya əlavələrin satışından əldə olunan mədaxilin məbləğinə görə ABŞ-dan 40 faiz geri qalıb. Bu il Yaponiya istifadəçiləri mobil əlavələrə Cənubi Koreya istehlakçılarından üç dəfə çox pul sərf ediblər. Böyük Britaniya ilə müqayisə etsək, Yaponiya istehlakçıları bu göstərici üzrə britaniyalıları altı dəfə üstələyir.   

 

Ötən illə müqayisədə Yaponiya istifadəçilərinin mobil oyun əlavələri üçün xərcləri dörd dəfə, "Android” platformalı əlavələr üçün 40 faiz artıb. Onu da qeyd etmək lazımdır ki, Yaponiya "Android” əlavələrinin satışından əldə olunan gəlirin həcminə görə "Apple App Store” əlavələr mağazasının fəaliyyətinin mədaxilinə bərabər olan ilk ölkə olub, - "3DNews” yazır.  


Просмотров: 553 | Добавил: ADMIN | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]