Nyu-York məktəblərinin birində dərslik və dəftərləri “iPad” əvəzləyib

Nyu-Yorkun arxiyepiskop Stepanisa adına məktəbin şagirdləri bundan sonra çantalarında ağır dərslik və dəftərlər daşımayacaq. Belə ki, təhsil müəssisəsi nümayəndələrinin sözlərinə görə, hazırda məktəbdə bütün fənlər rəqəmli texnologiyaların köməyi ilə tədris edilir.  

 

Bu il bütün fənlər üzrə dərsliklər elektron formata keçirilərək məktəb serverlərində yerləşdirilib. Məktəblilər dərsliklərin məzmunu ilə özləri ilə gətirdikləri planşet kompüter və ya noutbuklar vasitəsilə tanış ola bilərlər. Yalnız dinə aid kitablar kağızdan ibarətdir.

 

"Biz elektron formata daha keyfiyyətli təhsil almağa imkan verməsinə görə keçmişik. Rəqəmli texnologiyalar fənlərin daha effektiv tədrisinə imkan verir. Onların köməyi ilə attestasiyanı aparmaq, virtual laboratoriya işlərini təşkil etmək və tədris üçün bloqlardan istifadə daha asandır. Məsələn, tarix üzrə elektron dərsliklərdə məktəblilər onların öyrəndiyi dövrə aid videoyazılara baxa, təbiət elmləri üzrə dərsliklərdə isə təcrübələri animasiya şəklində görə bilərlər”, - məktəb direktorunun müavini Frenk Portanova qeyd edib.

 

Məktəb şagirdi Brando Kabaleronun sözlərinə görə, son iki ildə kitablarla dolu olan çantanın çəkisi 14 kq təşkil edib. "İndi isə mən özümlə məktəbə yalnız "iPad” planşet kompüterini aparıram”, - o vurğulayıb. Bu, valideynlərin məktəblilər üçün çəkdikləri xərclərin azalmasına da öz təsirini göstərib. Belə ki, əvvəllər onlar dərsliklərə 600 dollar sərf edirdilərsə, indi bu rəqəm cəmi 150 dollara bərabərdir. Valideynlər hazırda uşaq üçün yalnız noutbuk və ya planşet almalıdırlar ki, onlardan da bir neçə il istifadə etmək mümkündür. Artıq məktəblilərin əksəriyyəti bu qurğulara sahibdir.    

 

Dərsliklərin elektron formata keçilməsinə təxminən 1 milyon dollar vəsait xərclənib.  Arxiyepiskop Stepanisa adına məktəb şəhərin nüfuzlu təhsil müəssisələri kateqoriyasına aiddir. Məktəbdə illik təhsil haqqı 9 min dollar təşkil edir, - "İTAR-TASS” yazır.  

Категория: Мои статьи | Добавил: ADMIN (02.01.2014)
Просмотров: 208 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1  
eladi da

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
close